Marneuli rayonunun kəndlərində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 1 iyul tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 11:00-dan 19:00-a kimi Marneuli rayonunun Qaçağan, Ağməmmədli, Kirəç-Muğanlı, Xancığazlı, Axlımahmudlu, Araflı, Təkəli, Qasımlı, Kəpənəkçi və ətraf kəndlərdə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print