Türkiyədə sürüşmə olub, Gürcüstan yolu bağlanıb, ölən və yaralananlar var - HADİSƏ ANININ VİDEOSU
Türkiyənin Artvin bölgəsində güclü yağışlar sürüşməyə səbəb olub.

Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb.

Yoldan keçən TIR-lara ciddi ziyan dəyib. Ən azı 1 nəfərin öldüyü, yaralananların olduğu bildirilir.

Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı (Sarp sərhəd-keçib məntəqəsinə gedən yol) ikitərəfli bağlanıb.

Bölgəyə xeyli sayda təcili yardım, xilasetmə qüvvələri cəlb olunub.

Qeyd olunub ki, 3 yük maşını qayaların altında qalıb. Bundan əvvəl də bölgədə sürüşmələr baş verib.


Mənbə: apa.az
Print