Bu il Gürcüstanda məhsul üçün kütləvi subsidiya olmayacaq.
Lakin Milli Şərab Agentliyinin rəhbərinin “Biznes palitrası”nın
efirində bildirdiyinə görə, fərqli yanaşmalarla ona qismən
subsidiya veriləcək. Onun sözlərinə görə, bu il maliyyələşmə yəqin
ki, birbaşa ağ üzümə təsir edəcək, çünki bu istiqamətdə böhran
var.
“Birbaşa deyim ki, hələlik məhsulun subsidiyalaşdırılmasının dəqiq
forması ilə bağlı razılıq əldə olunmayıb. Hazırda bizim üçün əsas
ixrac məhsulu qırmızı şərabdır. Odur ki, biz ötən illərdə olduğu
kimi, bu il də qırmızı şərab istiqamətinə müdaxilə etməməyi, tələb
və təklifin oyun qaydalarını tənzimlədiyi tam azad bazarı qoruyub
saxlamağı gözləyirik.
Lakin indiki reallıqda üzüm ixracının azalması səbəbindən alkoqol
sektoru kifayət qədər ağır böhran içindədir. Ağ üzüm, spirt
istiqamətidir. Ona görə də düşünürük ki, hökumətin hansısa formada,
o cümlədən subsidiya yönləndirməsi ilə müdaxiləsinə və ya hansısa
kompleks yanaşmaların hazırlanmasına mütləq ehtiyacımız
olacaq”, - deyə Milli Şərab Agentliyinin rəhbəri
Levan Mexuzla qeyd edib.