Gürcüstan Milli Bankının dərc etdiyi hesabata görə, bu il özəl
sektorun xarici borcu 9,9 milyard dollara çatıb.
Onların arasında bankların xarici borcu 5 milyard dollar, digər
şirkətlərin borcu isə 4,9 milyard dollardır. Bu borcun bir
hissəsini şirkətlərin təsisçilərinə, bir hissəsini isə xarici
kredit təşkilatlarına olan borclar təşkil edir.
Bütövlükdə Gürcüstanın özəl və dövlət sektorunun xarici borcu 22,1
milyard dollara çatır. Bunun da dövlət borcu, o cümlədən dövlət
şirkətlərinin borcu 10,4 milyard dollardır.
“Bank sektorunun xarici borcu 5,0 milyard ABŞ dolları
(15,4 milyard lari; ÜDM-in 25,0 faizi), digər sektorların xarici
borcu 4,9 milyard ABŞ dolları (15,3 milyard lari; ÜDM-in 24,8
faizi) və şirkətlərarası borcu 3,5 milyard dollar təşkil edib.
Ümumi xarici borcun 90,9 faizi xarici valyutadadır.
2022-ci ilin birinci rübündə Gürcüstan Milli Bankının xarici borcu
11,6 milyon dollar azalıb. Bundan əməliyyat dəyişiklikləri ilə borc
130,6 min ABŞ dolları artıb, məzənnə dəyişikliyi ilə əlaqədar Milli
Bankın xarici öhdəlikləri isə 11,7 milyon ABŞ dolları azalıb.
2022-ci ilin birinci rübünün sonuna Milli Bankın cəmi xarici
öhdəlikləri 942,6 milyon ABŞ dolları təşkil edib. Bunun 477,9
milyon ABŞ dolları paylanmış Xüsusi Borc Hüququ (SDR)1-dir ki, onun
ödəmə tarixi yoxdur və praktiki olaraq Gürcüstan Beynəlxalq Valyuta
Fondunun üzvü olduğu müddətdə onun ödəmə öhdəliyi yaranmayacaq.
31 mart 2022-ci il tarixinə Gürcüstanın ümumi xarici borcu 22,1
milyard ABŞ dolları (68,4 milyard lari) təşkil edib ki, bu da son
dörd rübün ÜDM-in 110,8 faizini təşkil edir. 2022-ci ilin birinci
rübündə Gürcüstanın ümumi xarici borcu 6,1 milyon dollar artıb.
Bundan əməliyyat dəyişikliyi ilə əlaqədar borc 384,6 mln. ABŞ
dolları artıb, qiymət, məzənnə və digər dəyişikliklərlə əlaqədar
olaraq borc müvafiq olaraq 207,0 mln. ABŞ dolları
azalıb”, - Milli Bankın açıqladığı statistikada
deyilir.