İstintaq Xidməti iki nəfəri xüsusilə külli miqdarda vergidən yayınmada ittiham edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Departamentinin İmereti və Raça-Leçxumi bölmələrinin əməkdaşları İmereti bölgəsində cinayət yolu ilə əldə edilmiş əmlakın əldə edilməsi və saxlanması istiqamətində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta vergi sənədlərinin hazırlanması və istifadəsi, qanunsuz gəlirlərin leqallaşdırılması və xüsusilə külli miqdarda verginin tutulması faktları ilə bağlı iki şəxs ittiham olunub.

Qurumun məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər rəhbərlik etdikləri şirkətlər adından qanunsuz yolla əldə etdikləri 640 763 lari dəyərində ağac materialına hüquqi üz vermək və onu leqallaşdırmaq məqsədilə qarşılıqlı olaraq saxta vergi sənədləri veriblər.

“Onlar saxta sənədlərlə qanunsuz yığılmış taxta-şalbanı yerli bazarda sataraq külli miqdarda qanunsuz gəlir əldə ediblər. Eyni zamanda cavabdeh şəxslər rəhbərlik etdikləri şirkətlər vasitəsilə vergi qanunvericiliyini pozaraq gəlirlərini sistematik olaraq səhv bəyan ediblər və bu yolla dövlət büdcəsinə təqribən 500.000 lari ödəməkdən yayınıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 186, 210, 194 və 218-ci maddələri ilə aparılır",
- məlumatda deyilir.

Mənbə: Birinci Kanal
Print