Rəcəb Tayyib Ərdoğan bildirib ki, şərtlərə əməl etməsələr, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə mane olacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər iki ölkə onun gözləntilərini tam şəkildə qarşılamasa, Ankara Finlandiya və İsveçin yenidən NATO-ya üzvlüyünə mane ola bilər.

Madriddə keçirilən alyans sammitinin bağlanışında Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, adıçəkilən ölkələrlə əldə olunan 10 bəndlik razılaşma Ankaranın qələbəsidir.

O, Türkiyənin terrorçuluqda şübhəli bilinən şəxslərin ekstradisiyasına dair tələbinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, iki Şimali Avropa ölkəsi verdikləri vədlərdən dönsələr, Türkiyə parlamenti çərşənbə axşamı əldə edilmiş razılaşmanı ratifikasiya etməkdən imtina edə bilər.

“Biz parlamentdə təsdiq etməsək, bu iş ortaya çıxmayacaq. İlk növbədə, İsveç və Finlandiya öz vəzifələrini yerinə yetirməlidir və bu, artıq mətndə var, amma yerinə yetirməsələr, təbii ki, biz bunu heç bir halda parlamentimizə göndərməyəcəyik”, - deyə Ərdoğan bildirib.

Nəzərinizə çatdıraq ki, istənilən ölkənin NATO-ya daxil olması 30 üzv dövlətin hamısı tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir, onların hamısının bloklamaq hüququ var.

Mənbə: İnterPressNews
Print