Rusiya Federasiyası hərbçilərinin Ukrayna ərazisində törətdiyi
cinayətlərlə bağlı artıq 20 minə yaxın cinayət işi başlanıb,
- Zaporojyada Ukrayna daxili işlər nazirinin müavini Yekaterina
Pavliçenko bildirib.
“Bu gün hüquq-mühafizə orqanları, Milli Polis
Prokurorluq və Daxili İşlər Nazirliyinin digər idarələri ilə
birlikdə Rusiya Federasiyasının Ukrayna ərazisində törətdiyi
cinayətlərin sənədləşdirilməsi üzərində işləyir. Artıq bütün
Ukrayna üzrə Milli Polis tərəfindən 20 minə yaxın cinayət işi
başlanıb. Söhbət mülki əhaliyə və mülki infrastruktura qarşı
törədilən cinayətlərdən gedir”, - nazir müavini
bildirib.
Onun sözlərinə görə, qeyd olunan cinayətlər arasında cinsi
zorakılıq faktları da var.