Rusiya işğalçılarının Odessa bölgəsində çoxmərtəbəli binanı
bombalaması nəticəsində azı 17 nəfər həlak olub.
Ukrayna mətbuatının rayonun hərbi administrasiyasının rəhbəri
Sergey Bratçuka əsaslanaraq yazdığına görə, onların arasında 1 uşaq
da var.
Unian-ın məlumatına görə, 3-ü uşaq və bir hamilə qadın olmaqla 31
nəfərin tibbi yardıma ehtiyacı var. Dağıntılar altından 3-ü uşaq
olmaqla 8 nəfər çıxarılıb.
Xilasetmə əməliyyatları davam edir.
Mənbə: tabula.ge