Məhkəmə Marneuli bələdiyyə büdcəsindən yerli yeparxiyanın maliyyələşdirilməsini diskriminasiya hesab edib
Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyə büdcəsindən yerli yeparxiyanın maliyyələşdirilməsini etibarsız və diskriminasiya hesab edib. Bu barədə Sosial Ədalət Mərkəzinin rəhbəri Tamta Mikeladze “Facebook”da məlumat yayımlayıb. Söhbət 2019-cu ildə başlanmış mübahisədən gedir. Şikayətçilər Marneulili mülki fəal Samirə Bayramova və "Bütün Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin" sədri, şeyx Mirtağı Əsədovdur. Sosial Ədalət Mərkəzinin hüquqşünası və bu məsələdə vəkil Tatia Kaçarava "Marneuli" radiosuna bildirdi ki, Bələdiyyə Məclisi normasının bələdiyyədəki bütün dinlərin nümayəndələrinin, onların fəaliyyətinin inkişaf etdirilməsi üçün pul ayrılmasını nəzərdə tutmasına baxmayaraq, bələdiyyə bütün pulu Marneuli və Hucabi yeparxiyasına verəcəkdi.

"Biz Marneuli Bələdiyyə Məclisinin dini fəaliyyət üçün ayrılmış pulun 100%-nin yalnız bir konfessiyaya verilməsi ilə bağlı normasını şikayət etmişdik. Bələdiyyənin illər ərzində belə təcrübəsi var. Hər il Bələdiyyə Məclisinin sərəncamı formasında yeni protokol tərtib olunur. Həmin protokol hər ilin büdcəsini təsdiq edir. 2018-ci, 2019, 2020 və 2022-ci ildə də belə edildi. Şikayətin olmasına baxmayaraq, bu məsələyə münasibət dəyişmirdi. Hər il tam məbləğ eyni şəkildə Hucabi yeparxiyasına verilir. 2019, 2021 və 2022-ci ilin göstəricilərinə görə, bu məbləğ 400 000 lari təşkil edib. Biz deyirdik ki, bu birbaşa dini mənsubiyyətə görə ayrı-seçkilikdir. Bu qərarın heç bir açıqlaması yox idi. Ümumiyyətlə, dini mənsubiyyətə görə ayrı-seçkilik çox ciddi məsələdir. Bunun birmənalı ayrı-seçkilik olduğu aşkardır. Onlar bizim ölkədə pravoslav konfessiyasının xüsusi rolundan danışırlar. Bu mübahisəli deyil, biz buna görə mübahisə etmirik. Onlar başa düşmürlər ki, bu xüsusi rol bizim dövlətə milli idarəetmə prinsipini pozmağa və yalnız bir konfessiyaya dini dəstək göstərmək hüququ vermir", – Sosial Ədalət Mərkəzinin hüquqşünası Tatia Kaçarava bildirdi.

Vəkil hesab edir ki, qeyd olunan qərar yalnız müsəlman icması üçün deyil, həm də bələdiyyədə çox sayda olan başqa konfessiya nümayəndələri üçün də çox mühümdür. “Marneuli” radiosu məsələ ilə bağlı yerli bələdiyyədən məlumat alıb. Meriyadan bildirdilər ki, məhkəmənin qərarı ilə razılaşmağı düşünmürlər və növbəti instansiyalara şikayət edəcəklər.

Print Email
FaceBook Twitter Google