“Alt-İnfo” tərəfdarları Avropa İttifaqının bayrağını yandırıblar
“Alt-İnfo” tərəfdarları Avropa İttifaqının bayrağını yandırıblar.

Aksiya iştirakçıları Avropa İttifaqının ofisinə doğru yürüş ediblər. Onlar “Yaşasın Gürcüstan” şüarını səsləndiriblər. Toplaşdıqları yerdə Gürcüstan bayrağını açıblar və öz bayraqlarını qorumalı olduqlarını bəyan ediblər.

Onlar AB səfirinə “Get, get” deyə qışqıraraq müraciət ediblər. Mitinq iştirakçılarının fikrincə, Avropa Gürcüstanla dostluq istəyirsə, “gürcü xalqı olduğu kimi qəbul edilməlidir”.

Bundan əvvəl mitinq iştirakçıları “Gürcü arzusu”nun ofisində olublar və mitinqdən sonra parlamentin qarşısına gəliblər.

Mənbə: İnterPressNews
Print