Vətəndaş cəmiyyətinin təşkilatçılığı ilə iyulun 3-də parlamentin
qarşısında aksiya keçiriləcək.
Mitinqin iyulun 3-də, saat 20:00-da keçirilməsi barədə qərarı
iyunun 24-də qanunverici orqanın qarşısına toplaşan mitinqin
təşkilatçıları verib.
Mitinqin təşkilatçılarının elan etdiyinə görə, vətəndaş cəmiyyəti
baş nazir İrakli Qaribaşvilinin istefasını və milli konsensus
hökumətinin yaradılmasını tələb edir, bunun üçün hökumətə iyulun
3-də başa çatacaq bir həftəlik möhlət verilib.
Bundan əlavə, “Utanc” hərəkatı iyulun 3-də Rustaveli prospektində
bir gecəlik qalmağa hazırlaşdığını elan edir.
“Son günlər hökumətin atdığı addımlar sübut edir ki, oliqarx xalqın
tələblərini yerinə yetirmək fikrində deyil, ona görə də iyulun 3-də
saat 20:00-da Rustaveli prospektində yenidən görüşəcəyik!
Hökuməti güzəştə getməyə məcbur etmək üçün etirazımız daha da
şiddətlənəcək, lakin mütləq dinc və qeyri-zorakı formada davam
edəcək. Ona görə də biz iyulun 3-də Rustaveli prospektində bir gecə
qalmağa hazırlaşırıq ki, bunun da konkret məqsədi
olacaq”, - “Utanc”ın yaydığı məlumatda deyilir.