Vətəndaş cəmiyyətinin təşkilatçılığı ilə bu gün parlamentin qarşısında aksiya keçiriləcək
Vətəndaş cəmiyyətinin təşkilatçılığı ilə iyulun 3-də parlamentin qarşısında aksiya keçiriləcək. Mitinqin iyulun 3-də, saat 20:00-da keçirilməsi barədə qərarı iyunun 24-də qanunverici orqanın qarşısına toplaşan mitinqin təşkilatçıları verib.

Mitinqin təşkilatçılarının elan etdiyinə görə, vətəndaş cəmiyyəti baş nazir İrakli Qaribaşvilinin istefasını və milli konsensus hökumətinin yaradılmasını tələb edir, bunun üçün hökumətə iyulun 3-də başa çatacaq bir həftəlik möhlət verilib.

Bundan əlavə, “Utanc” hərəkatı iyulun 3-də Rustaveli prospektində bir gecəlik qalmağa hazırlaşdığını elan edir.

“Son günlər hökumətin atdığı addımlar sübut edir ki, oliqarx xalqın tələblərini yerinə yetirmək fikrində deyil, ona görə də iyulun 3-də saat 20:00-da Rustaveli prospektində yenidən görüşəcəyik!

Hökuməti güzəştə getməyə məcbur etmək üçün etirazımız daha da şiddətlənəcək, lakin mütləq dinc və qeyri-zorakı formada davam edəcək. Ona görə də biz iyulun 3-də Rustaveli prospektində bir gecə qalmağa hazırlaşırıq ki, bunun da konkret məqsədi olacaq”,
- “Utanc”ın yaydığı məlumatda deyilir.

Mənbə: İnterPressNews
Print