Rus işğalçıları Xarkovda mühüm infrastruktur obyektinə hücum ediblər
Rus işğalçıları Xarkovun mühüm infrastruktur obyektlərindən birinə hücum ediblər. Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının son məlumatında deyilir.

"Xarkov: səhər saat 4:00-da işğalçılar şəhərin mühüm infrastruktur obyektlərindən birinə hücum ediblər. İlkin məlumata görə, mülki əhali arasında itki yoxdur", - məlumatda deyilir.

Səhər sursat fərdi yaşayış evinə də düşüb. Yaxınlıqdakı evin və məktəbin pəncərələri sınıb. Nəticədə 54 yaşlı ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

"Gün ərzində bölgədə Çuqevski, Xarkov və İzumsk rayonları atəşə tutulub. Gün ərzində - 4 nəfər yaralanıb: Xarkovda - 1, Çuqevski rayonunda - 2, Xarkov rayonunda - 1", - məlumatda deyilir.

Mənbə: İnterPressNews
Print