Gürcüstanın ümumi xarici borcu 68,4 milyard lari təşkil edir
Gürcüstan Milli Bankının məlumatına görə, Gürcüstanın ümumi xarici borcu 31 mart 2022-ci il tarixinə 22,1 milyard ABŞ dolları (68,4 milyard lari) təşkil edib.

2022-ci ilin birinci rübündə Gürcüstanın ümumi xarici borcu 6,1 milyon ABŞ dolları artıb. Bundan əməliyyat dəyişiklikləri hesabına borc 384,6 milyon ABŞ dolları artıb, qiymət, məzənnə və digər dəyişikliklər hesabına borc müvafiq olaraq 207 milyon, 144,1 milyon və 27,4 milyon ABŞ dolları azalıb.

Dövlətin xarici borcu 10,4 milyard ABŞ dolları (32,2 milyard lari) təşkil edib ki, bu da ÜDM-in 52,1 faizini təşkil edir. Bunun 7,8 milyard ABŞ dolları (24,0 milyard lari; ÜDM-in 38,9 faizi) dövlət sektorunun borcu, 942,6 milyon ABŞ dolları (2,9 milyard lari) Milli Bankın öhdəlikləri, dövlət müəssisələrinin istiqrazları və kreditləri isə müvafiq olaraq 438,5 milyon ABŞ dolları və 1,2 milyard ABŞ dolları təşkil edib.

Bank sektorunun xarici borcu 5,0 milyard ABŞ dolları (15,4 milyard lari), digər sektorların xarici borcu 4,9 milyard ABŞ dolları, şirkətlərarası borcu isə 3,5 milyard ABŞ dolları təşkil edib.

Milli Bankın məlumatına görə, ümumi xarici borcun 90,9 faizi xarici valyutadadır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google