İyulun 3-də “Lelo” partiyası “Evə - Avropaya tərəf!” aksiyasında
iştirak etmək istəyənlər üçün Gürcüstanın müxtəlif şəhərlərindən
Tbilisiyə avtobuslar ayırıb.
“Lelo”nun avtobusları Tbilisi istiqamətində aşağıdakı şəhərlərdən
yola düşəcək:
- Batumi;
- Zuqdidi;
- Abaşa;
- Tsalencixa;
- Çxorotsku;
- Xaraqauli;
- Zestafoni;
- Çiatura;
- Tkibuli;
- Tsagqeri;
- Saqareco;
- Qori.
Qeyd olunan avtobusdan istifadə edənlər ətraflı məlumat üçün +995
322 23 2288 nömrəsinə zəng etməlidirlər.
“Evə - Avropaya tərəf” aksiyasını vətəndaş təşkilatları təşkil edir
və ona əsas müxalifət partiyaları da qoşulur.
İlk belə aksiya iyunun 24-də keçirilib, o zaman əsas tələblər irəli
sürülüb:
Baş nazir İrakli Qaribaşvili bir həftə ərzində istefa versin, "qış
gələnə qədər Avropa Birliyinin 12 tələbini yerinə yetirəcək milli
konsensus hökuməti yaradılsın".
Mitinqin təşkilatçıları, o cümlədən “Utanc” hərəkatı iyulun 3-də
Gürcüstanın bütün regionlarından insanların yürüş edəcəyini və
parlamentin yaxınlığında növbəti aksiyanın keçiriləcəyini qeyd
ediblər.
“Və biz burada qalacağıq və oliqarxiya dağılana qədər
dağılmayacağıq!”, - Şota Diqmelaşvili bildirib.
Diqmelaşvilinin fikrincə, hökumət istefaya getməyincə Gürcüstanın
de-oliqarxizasiyası baş tutmayacaq. Həmçinin, deoliqarxizasiya
olmadan Gürcüstan Avropa Birliyinə üzv ola bilməz.