Gürcüstanda deoliqarxizasiya haqqında qanun qəbul olunacaq.
Bu barədə ölkənin hakim Gürcü Arzusu Partiyasının sədri İrakli
Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması üçün Hüquqi
məsələlər üzrə komitənin nəzdində işçi qrupu yaradılacaq.
İ.Kobaxidze deyib ki, qanun layihəsi oktyabrın 5-dən gec olmayaraq
parlamentə təqdim ediləcək və noyabrın 29-dək qəbul olunacaq.
Qeyd edək ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu
almaq üçün oliqarxlarla mübarizə və siyasi qütbləşmənin aradan
qaldırılması daxil olmaqla 12 şərt yerinə yetirməlidir.