Marneulidə orta yaşlı kişi güllələnib
Marneulidə orta yaşlı kişi güllələnib. Hadisə bu gün, 19:00 radələrində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, insident Marneulidə yerləşən restoranların birinin həyətində baş verib. İnsident nəticəsində yaralanan şəxs boğaz və bel nahiyəsindən güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin iki - 108-ci və 236-cı maddələri ilə istintaq aparılır. 108-ci maddə qəsdən adam öldürməni, 236-cı maddə isə odlu silahın (ov tüfəngindən başqa), döyüş sursatlarının, partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanuna zidd şəkildə əldə edilməsi, saxlanılması, daşınması, hazırlanması, bir yerdən başqa yerə aparılması, göndərilməsi, yaxud istifadəyə verilməsini nəzərdə tutur.

"Marneuli" Radiosu
Print