Vahid milli imtahanlara start verilib - ölkə üzrə 22 imtahan mərkəzi açılıb
Vahid milli imtahanlara start verilib. Bu gün abituriyentlər gürcü dili və ədəbiyyatından imtahan verirlər. Ölkə üzrə ümumilikdə 22 imtahan mərkəzi açılıb. İmtahana qeydiyyat bütün imtahan mərkəzlərində eyni vaxtda - saat 08:00-dan başlayıb.

Saat 08:00-da Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Sofiya Qorqodze Tbilisidəki 175 saylı dövlət məktəbində açılmış imtahan mərkəzində imtahan prosesinin başlanmasında iştirak edib və imtahan prosesinin gedişini izləyir.

İmtahan mərkəzlərinin yaxınlığında təcili tibbi yardım, xilasetmə xidməti və patrul polisi səfərbər olunub. Vahid milli imtahanlar iyulun 22-də mülki təhsil üzrə imtahanla başa çatacaq.

Xatırladırıq ki, bu il vahid milli imtahanlarda iştirak etmək üçün 41 mindən çox abituriyent, tələbə qrant müsabiqəsi üçünsə 2500-dən çox tələbə qeydiyyatdan keçib.

Ümumi magistratura imtahanında iştirak etmək üçün 9500-dən çox magistr namizədi qeydiyyatdan keçib. Ümumilikdə 34500-dən çox şəxs müəllimin fənn və peşə bacarıqları imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçib.

Mənbə: İnterPressNews
Print