Maaşı 9600 laridən çox olanların sayı bu il 42% artıb - PMCG
2022-ci ilin may ayında aylıq əməkhaqqı alanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 14,6 faiz artıb. Bu, PMCG araşdırmasında qeyd olunur.

Onların məlumatına görə, 2022-ci ilin may ayında 0-600 lari arasında aylıq əmək haqqı alanların sayı 24,3% təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz bəndi, 2020-ci ilin müvafiq dövrü ilə isə 8 faiz bəndi azalıb.

“2022-ci ilin may ayında aylıq 2400 laridən çox əmək haqqı alanların sayı 16,7% təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz bəndi, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 5,9 faiz bəndi artım deməkdir.

2021-ci ilin may ayında aylıq 9600 laridən çox əməkhaqqı alanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 96 faiz artıb. 2022-ci ilin may ayında 9600 laridən çox əməkhaqqı alanların sayı 1,4% təşkil edib”,
- araşdırmada deyilir.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google