Bu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın
ixracına qadağa qoyulub.
Hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə
olacaq.
Qərar Ukraynadakı müharibəyə görə ərzaq təhlükəsizliyi ilə bağlı
yaranmış vəziyyətlə əlaqədar olaraq qəbul edilib.
Qeyd edək ki, Gürcüstan hər il təxminən 130 min ton buğda istehsal
edir ki, bu da ölkə üzrə ümumi istehlakın yalnız beşdə bir
hissəsidir. Arpaya gəlincə, builki mövsümdə ölkədə 60 min ton
məhsulun yığılacağı gözlənilir.