Deputat Dito Samxaradze “Gürcü Arzu”sunun ofisindən etirazçıları bir neçə dəfə söyüb
“Gürcü arzusu”nun üzvü, deputat Dito Samxaradze “Gürcü Arzu”sunun ofisindən bir neçə dəfə “Evə - Avropaya doğru” aksiyasının iştirakçılarını söyüb.




Aksiya iştirakçılarının bir hissəsi parlamentə bitişik ərazidən “Gürcü arzusu” ofisinə yaxınlaşanda Samxaradze Facebook-da yazıb: “Ofisdə 10 nəfərik. Ağzı seliklinin siz qullarını gözləyirik”.

Yürüş “Arzu” ofisinə yaxınlaşdıqdan sonra deputat birbaşa ofisdən - bir dəfə eyvandan, ikinci dəfə isə həmin an yüzlərlə polisin artıq səfərbər olduğu idarənin girişindən etirazçıları bir neçə dəfə söyüb.

Samxaradze söyüş videolarından birini Facebook-da yerləşdirib, lakin qısa müddət sonra onu silib. Orada Samxaradzenin həm mitinq iştirakçılarını, həm də Mixeil Saakaşvilini söydüyü eşidilir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google