Tbilisinin Tamaraşvili küçəsində avtobus və minik avtomobili toqquşub
Tbilisidə Tamaraşvili və Tsereteli küçələrinin kəsişməsi yaxınlığında yol qəzası baş verib. Bələdiyyə avtobusu ilə minik avtomobili toqquşub.

Gürcüstanın Daxili İşlər Nazirliyindən “Netgazet”ə verilən məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb, inzibati icraat başlanıb, qurumun məlumatına görə, qaydanı pozan sürücü cinayət məsuliyyətinə cəlb olunacaq. Lakin Daxili İşlər Nazirliyi avtobus sürücüsünün, yoxsa avtomobil sürücüsünün cərimələnəcəyini dəqiqləşdirmir.

Tbilisi Nəqliyyat Şirkətindən verilən məlumata görə, zədələnmiş avtobus artıq dayanacağa aparılıb və onun yerinə ehtiyat avtobus işləyəcək.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google