Ötən il iyulun 5-də məhkəmə “Tbilisi Pride” şirkətinin ofisinə
daxil olan 3 nəfəri 5-5 min lari məbləğində cərimələyib.
Onlar Cinayət Məcəlləsinin 160-cı maddəsi ilə, yəni mülkiyyətçinin
iradəsi əleyhinə mülkiyyətə qanunsuz daxil olma, mənzilin
toxunulmazlığını və ya digər mülkiyyət hüququnu pozma maddəsi ilə
təqsirli biliniblər.
“Tbilisi Pride” nümayəndəsinin yazdığına görə, məhkəmə qərarının
elanı zamanı nifrət motivli cinayətə istinad edən 53-cü prima maddə
elan edilməyib.
“Məhkəmə təqibi və mütəşəkkil cinayəti görmədi (prokurorluq bu
maddələri də qaldırmışdı). O, yalnız iki ağırlaşdırıcı halla - qrup
halında və zorakılıq hədəsi ilə mənzilə icazəsiz girərək (maddə
160) çıxıb”, - deyə Mariam Kvaratsxeliya
bildirib.