Gürcüstanın Apellyasiya Məhkəməsi Tbilisi Şəhər Məhkəməsinin
Azərbaycan vətəndaşı Qurban Əliyev haqqında ötən ilin oktyabrında
çıxardığı 4 illik həbs barədə qərarını ləğv edib.
Bu barədə onun vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar
Assosiasiyasının təsisçisi Əli Bədirov bildirib.
Onun sözlərinə görə, yuxarı məhkəmə instansiyası heç bir yeni şahid
dindirmədən müdafiə etdiyi şəxslə bağlı ittihamı əsassız hesab
edib. Vəkil deyib ki, qəbul olunan qərar Q.Əliyevin şərləndiyini
təsdiqləyib.
Qeyd edək ki, Q.Əliyev yeniyetmələrdən ibarət “Marneuli” futbol
komandasının məşqçisidir. O, 2019-cu ildə seksual xarakterli
zorakılıqda ittiham edilib.