Avropa İttifaqı haqqında məlumat kampaniyasına maneçilik törədən özünüidarədə əməkdaşları
Rövşən İsgəndərov, Besik Qelenidze, Soso İnadze, Rima Otaraşvili, İrma Zarkua, Qela Mumladze, Kamran Kiryakov, Qiorqi Mtvarelidze, Aleksandre Urumovi, Kako Şubitidze, Həsən Həsənov, Şermadin Boçoidze, Mamuka Xarşiladze – bu Marneulidə, 2 iyul tarixində Avropa İttifaqı haqqında məlumat kampaniyasına maneçilik törədən meriya və Bələdiyyə Məclisi əməkdaşlarının natamam siyahısıdır.

როვშან ისკანდაროვი - მარნეულის მუნიციპალიტეტის საკრებულოს თავმჯდომარის მოადგილე

სოსო ინაძე - მარნეულის ბაგა ბაღების გაერთიანების ხელმძღვანელის მოადგილე

გელა მუმლაძე - მარნეულის მერიის ზედამხედველობის თანაშრომელი

ქამრან კირიაკოვი - მარნეულის მერიის ზედამხედველობის თანმაშრომელი

Xüsusilə, Marneuli meriyasının əməkdaşı, “Qadın otağının” rəhbəri Rima Otaraşvili fəallıq göstərib. O, öz hərəkətinə qeyri-iş saatı olması ilə bəraət qazandırıb. Eləcə də meriyanın nümayəndəsi İrma Zarkua Marneulili mülki fəal Samirə Bayramovaya xaçı təhqir etməsini bağışlamayacağını deyib.
რიმა ოთარაშვილი და ირმა ზარქუა

Eləcə də Alt-İnfonun Marneuli ofisinin katibi Nana Donadze aqressiv tonu ilə seçilirdi. O, mülki fəalları Milli Hərəkatla eyniləşdirib.

მარნეულის ალტ -ინფოს ოფისის მდივანი ნანა დონაძე

İştirakçılar arasında Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallının büro nümayəndələri Nicat Yusubov və Aqil Əmircanov da var idi.

აგილ ამირჯანოვი

ნიჯად იუსუბოვი

ბესიკ გელენიძე - მარნეულის საკრებულოს წევრი

გასან გასანოვი - მარნეულის მერიის თანამშრომელი


ალექსანდრე ურუმოვი - ოფრეთის ადმინისტრაციულ ერთეულში მერის წარმომადგენელი



Marneulidə işləyən təşkilatlar və mülki fəallar yerli özünüidarə nümayəndələrinin gəlişini və onların hərəkətini mənfi dəyərləndirirlər. Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev düşünür ki, baş verən hadisələr yerli özünüidarə tərəfindən təxribat məqsədli fəaliyyəti aydın göstərdi.

"Mütəşəkkil qrup, daha dəqiq isə Gürcü Arzusunun fəalları, Marneuli özünüidarəsinin əməkdaşları və Alt-infonun üzvlərinin təxribat təşkil etməsini, kampaniyaya mane olmasını gördük. Biz Bələdiyyə Məclisinin əməkdaşlarını, Zaur Darğallının qərargahının nümayəndələrini, meriyanın "Qadın otağı"nın rəhbərini gördük. Eləcə də Marneuli Bələdiyyə Məclisinin rəhbəri Amiran Qiorqadzeni gördük. O, tapşırıq verirdi və bütün prosesi idarə edirdi. Bütün bunlar bizə Alt-İnfonun Gürcü Arzusu, özünüidarə nümayəndələrinin Marneulidə Alt-info ilə əməkdaşlıq etdiyini göstərdi. 2 iyulda etdikləri dəqiq rus naratividir. Biz yenə də məqsədimizə nail olacağıq və Marneulililər Avropanı seçirik"
, - Rəşan Ziyadəliyev bildirir.

Marneulidə Mülki Məşğulluq Mərkəzinin nümayəndəsi Mariam Samxaradze də Rəşan kimi düşünür. O, hesab edir ki, 2 iyulda baş vermiş hadisə özünüidarə tərəfindən planlaşdırılmışdı. Bütün bunları isə onlarla dövlət məmurunun səfərbərliyi ilə açıqlayır.

“Düşünmürəm ki, 50 nəfər dövlət məmuru öz istəyi ilə və plansız şəkildə gələrdi. Orada Nəzarət Xidməti əməkdaşlarını, eləcə də bələdiyyədəki qeyri-kommersiya təşkilatlarının əməkdaşlarını, Bələdiyyə Məclisi üzvləri, ərazi vahidliklərində işləyən adamları gördük. Düşünürəm, bunlar hamısı əvvəlcədən planlaşdırılmışdı. Onların hərəkəti düzgün deyildi. Ümumiyyətlə, İrma Zarkuanı ilk dəfə eşitdim, təəssüf ki, meriya əməkdaşlarını tanımırıq. Onun vəzifəsi və nə iş gördüyü aydın deyil. Rima Otaraşvilidən çox onun hərəkəti bizə təəccüblü idi. Bilirik ki, “Qadın otağı” beynəlxalq təşkilatların layihələrindən birinin çərçivəsində yaradılıb. Bu otağın funksiyası qadınların iştirakını artırmaqdır, ancaq necə çirkin sima qazandı. Çox pisdir, əsasən partiya maraqlarına xidmət göstərirlər. Seçkiqabağı kampaniya dövründə də belə edirdilər”.


“Marneuli” radiosu hələ də 2 iyulda baş vermiş mübahisə ilə bağlı bələdiyyə merinin fikrini öyrənməyə çalışır. İrma Zarkuanın meriyada hansı vəzifədə işlədiyini aydınlaşdırmağa cəhd etdik. Ancaq İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, məlumatı rəsmi məktub yazdığımız halda verə bilərlər. Bunun üçün təxminən 10 gün gözləməli olacağıq.

2 iyul tarixində “Evə - Avropaya doğru” hərəkatı Marneuli bazarı ərazisində əhali ilə görüşüb və bukletlər paylayıb. Fəal vətəndaşlar yerli sakinlərə Avropa dəyərləri və Gürcüstanın Avropa İttifaqına namizəd statusu qazanması üçün atmalı olduğu addımlar barədə məlumat veriblər. Yerli özünüidarə nümayəndələri bu prosesdə mülki fəallara mane olublar.

Print Email
FaceBook Twitter Google