Tbilisidə Gürcüstan və Ermənistan idmançılarının iştirakı ilə “Lisis Tba” adlı beynəlxalq turnir keçirilib (FOTO)
9-10 iyul tarixlərində Tbilisidə Gürcüstan və Ermənistan idmançılarının iştirakı ilə “Lisis Tba” adlı beynəlxalq turnir keçirilib. Turnir Gürcüstan Kikboksinq və Muaytay Federasiyalarının təşkilatçılığı ilə baş tutub. Yarışda Marneuli, Qardabani və Bolnisidən olan idmançılar da iştirak ediblər.

Turnirə 9 idmançı ilə qatılan Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançılarından 5-i birinci yerə, 4-ü isə ikinci yerə çıxıb.

“Ratxan Osmanov, Özcan Əhmədov və Nihad Kərimov finalda Ermənistanlı idmançılarla qarşılaşdılar. Digər iki idmançım – Paşa Bayramov və Avtandil Mehdiyev isə yerli idmançılarla qarşılaşdılar. Onlar yaxşı qələbə qazanaraq, birinci yerə çıxdılar. Digər idmançılarım – Əmrə Hacıyev, Yunus Hacıyev, Fatih Səfərov və Cavanşir Məmmədov isə 2-ci yerə layiq görüldülər”, – Əliyev dedi.

Bolnisi rayonun Qoşakilsə kəndində fəaliyyət göstərən “İnam Kikboksinq Klubu”nun yetirmələri də yarışda uğurla çıxış ediblər. İdman məktəbinin məşqçisi Şahin Bəxtiyarovun bildirdiyinə görə, idmançılar turnirə onun rəhbərliyi altında qatılıblar.

“Mənim rəhbərliyim altında yarışda 5 idmançı mübarizə aparırdı. Onlardan Orxan Nəsibov, Məhəmməd Alməmmədov və Rifat Məmmədov birinci yerə çıxdılar. Digər iki idmançım isə Əli Əfəndiyev və Nuru Kələyev isə ikinci yerə layiq görüldülər”, – Şahin Bəxtiyarov bildirdi.

Qeyd edək ki, idman klubunun yetirmələri bu günədək bir sıra yerli və beynəlxalq yarışlarda iştirak edərək, bir sıra mükafatlara sahib olublar.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google