Ceyhun Bayramov İlya Darçiaşviliyə başsağlığı verib
“Azərbaycan bu çətin zamanda Gürcüstanın yanındadır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı İlya Darçiaşviliyə tviter hesabında ünvanladığı başsağlığında bildirib.

XİN başçısı Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması barədə xəbərdən çox kədərləndiyini qeyd edib: “Biz həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk”.

Gürcüstanda Tetri Araqvi vadisində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. Həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.


Mənbə: report.az
Print Email
FaceBook Twitter Google