Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib
Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib.

İyulun 29-da Qudauridə baş vermiş və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar iyulun 30-u bu ölkədə matəm günü elan edilib.

Qeyd edək ki, dünən Tetri Araqvi vadisində “Mi-8” tipli helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 8 nəfər ölüb. Qəzanın səbəbinin müəyyən edilməsi üçün ekspertiza aparılacaq.

Həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.

Mənbə: report.az
Print