Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli
Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.
Ə.Əsədov Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter
qəzası nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini
bildirib, faciə ilə əlaqədar Baş nazir İ.Qaribaşviliyə, həlak
olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı
verib.
Mənbə: report.az