Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome
Zurabişviliyə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması
nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə
xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verirəm".
Mənbə: report.az