İlham Əliyev Salome Zurabişviliyə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


Mənbə: report.az
Print