Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədri
Şalva Papuaşviliyə Qudauri bölgəsində sərhəd polisi helikopterinin
qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar
başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Azərbaycan Respublikasının Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktubda deyilir:
“Bu ağır faciə ilə əlaqədar şəxsən öz
adımdan və Azərbaycan Respublikası Milli Məclisinin deputatları
adından Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost
Gürcüstan xalqına dərin hüznlə başsağlığı
verirəm”.
Mənbə: report.az