Mixeil Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli
Hərəkat Partiyasını (VMHP) tərk edir.
Bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib.
Vəkil Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsinin
səbəbini onun həyat təhlükəsizliyi ilə əlaqələndirib:
“Mixeil Saakaşvilinin siyasi resursu tükənib. Onun indi
əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə
maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox,
onun həyatından gedir”.
Məsələyə münasibət bildirən VMHP-nin üzvü Baço Dolidze isə
M.Saakaşvilinin partiyadan uzaqlaşması məsələsinin gündəmdə
olmadığını bildirib. O, vəkilin açıqlamasına təəccübləndiyini qeyd
edib.
Xatırladaq ki, M.Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl
klinikasında müalicə olunur. O, xəstəxanaya mayın 12-də
köçürülüb.