Milli Qiymətləndirmə və İmtahan Mərkəzi abituriyentlərin işlərinin
və topladığı balların dərcinə başlayıb.
Gürcü dili və ədəbiyyatı, eləcə də osetin dili imtahanının ilk
nəticələri dərc olunub.
Abituriyent öz nəticəsini öyrənmək üçün online.naec.ge saytına
daxil olmalı, müvafiq sahədə şəxsi nömrəsini və beşrəqəmli parolunu
göstərməlidir.
“İmtahan verən şəxs şəxsi səhifəsində öz işinin
surətini və konkret fənn üzrə aldığı ilkin balı görmək imkanı əldə
edəcək. Vahid Milli İmtahanların yekun nəticələri ərizələrə
baxıldıqdan, balların bərabərləşdirilməsindən və miqyasından sonra
dərc olunacaq.
Abituriyentlər nəticələri həmçinin, qısa mətn mesajı ilə başa
öyrənə bilərlər. Bunun üçün imtahan verən şəxs öz mobil
telefonundan (Geocell) imtahan identifikasiya nömrəsini 93333
nömrəsinə göndərməlidir (bir mesajın dəyəri 0,50 laridir).
Gürcü dili və ədəbiyyatı, eləcə də osetin dili imtahanının maksimal
balı 60-dır. Abituriyent balları bərabərləşdirdikdən sonra
topladığı maksimum balın 25%-dən çoxunu təşkil edərsə, bu fənni
keçmiş hesab ediləcək. Bərabərləşdirmə nəticəsində ilkin balı
minimum səlahiyyət həddindən az olan, lakin ona yaxın olan
abituriyentlərin həddi keçmək şansını saxlaması vacibdir.
Bütün imtahan nəticələri açıqlandıqdan sonra apellyasiya
müraciətlərinə başlanılacaq. Müraciətlər elektron qaydada -
online.naec.ge saytında qəbul edilir”, - Milli
Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatında qeyd olunur.