Milli Qiymətləndirmə və İmtahan Mərkəzi gürcü dili və ədəbiyyatı, eləcə də osetin dili imtahanlarının ilk nəticələrini dərc edib
Milli Qiymətləndirmə və İmtahan Mərkəzi abituriyentlərin işlərinin və topladığı balların dərcinə başlayıb. Gürcü dili və ədəbiyyatı, eləcə də osetin dili imtahanının ilk nəticələri dərc olunub.

Abituriyent öz nəticəsini öyrənmək üçün online.naec.ge saytına daxil olmalı, müvafiq sahədə şəxsi nömrəsini və beşrəqəmli parolunu göstərməlidir.

“İmtahan verən şəxs şəxsi səhifəsində öz işinin surətini və konkret fənn üzrə aldığı ilkin balı görmək imkanı əldə edəcək. Vahid Milli İmtahanların yekun nəticələri ərizələrə baxıldıqdan, balların bərabərləşdirilməsindən və miqyasından sonra dərc olunacaq.

Abituriyentlər nəticələri həmçinin, qısa mətn mesajı ilə başa öyrənə bilərlər. Bunun üçün imtahan verən şəxs öz mobil telefonundan (Geocell) imtahan identifikasiya nömrəsini 93333 nömrəsinə göndərməlidir (bir mesajın dəyəri 0,50 laridir).

Gürcü dili və ədəbiyyatı, eləcə də osetin dili imtahanının maksimal balı 60-dır. Abituriyent balları bərabərləşdirdikdən sonra topladığı maksimum balın 25%-dən çoxunu təşkil edərsə, bu fənni keçmiş hesab ediləcək. Bərabərləşdirmə nəticəsində ilkin balı minimum səlahiyyət həddindən az olan, lakin ona yaxın olan abituriyentlərin həddi keçmək şansını saxlaması vacibdir.

Bütün imtahan nəticələri açıqlandıqdan sonra apellyasiya müraciətlərinə başlanılacaq. Müraciətlər elektron qaydada - online.naec.ge saytında qəbul edilir”,
- Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatında qeyd olunur.

Mənbə: Birinci Kanal
Print