Tbilisinin Rustaveli prospektində baş verən yanğın söndürülüb
Tbilisidə, Rustaveli prospektində yanğın olub. Yanğın evin üçüncü mərtəbəsində baş verib. Qəza zamanı evdə iki nəfər olub. Yerli sakinlərin dediyinə görə, yanğın nəticəsində hər ikisi yüngül bədən xəsarətləri alıb, Xeçinaşvili klinikasına yerləşdirilib.

Yanıq mərkəzinin rəhbəri Quqa Kaşibadzenin sözlərinə görə, yaralıların vəziyyəti stabildir.

“İki yaralı gətirildi, hər ikisi qadındır, 25 yaşında. Onlardan birində yanıq xəsarətləri var və yanıqlarla yanaşı, tüstüdən inhalyasiya olunub. O, yanıq mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan ikincisi təcili yardım şöbəsinə yerləşdirildi. Onun tənəffüs yolları zədələnib və tüstüdən inhalyasiya var. Hər iki yaralının vəziyyəti stabildir”, - deyə Kaşibadze bildirib.

Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, yanğın artıq söndürülüb.

Mənbə: Birinci Kanal
Print