Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanını tərk edib
Ukrayna taxılını daşıyan ilk gəmi limanı tərk edib.

Bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov "Twitter"də bildirib.

“Rusiya təcavüzündən sonra Ukrayna taxılını daşıyan ilk gəmi limanı tərk edib. Bütün tərəfdaş ölkələrin və BMT-nin dəstəyi sayəsində biz İstanbulda imzalanmış Sazişi tam şəkildə həyata keçirə bildik. Qlobal qida təhlükəsizliyinin təminatçılarından biri olmaq bizim üçün vacibdir”, - nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya Qara dənizdə Ukraynaya məxsus limanları mühasirədə saxlayır. Bu səbəbdən, Ukraynanın taxıl dolu gəmiləri ünvanına yetişmir. Rusiyanın davranışı ilə əlaqədar Afrikanın bir sıra dövlətlərinə taxıl çatışmazlığı yaranıb. Bu da dünyada ərzaq məhsullarının qiymətinn bahalaşmasına təsir göstərən amillərdən sayılır.

Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstanbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.

Print Email
FaceBook Twitter Google