Tbilisidə qardaş şəhərlər bağında Bakıya aid lövhə quraşdırılıb
Tbilisinin qardaşlaşdığı şəhərlərə həsr olunan bağda Bakıya aid lövhə quraşdırılıb.

Məlumatlandırıcı lövhənin üzərində gürcü və ingilis dillərində “Bakı Azərbaycan” sözləri ilə yanaşı Tbilisidən Bakıya qədər olan məsafə (446 km) də əks olunub.

Bakıya aid lövhənin əlavə olunması Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü əsasında Tbilisi meriyası tərəfindən həyata keçirilib. Meriya həmçinin lövhələrin hamısını yeniləri ilə əvəzləyib.

Qeyd edək ki, Tbilisinin Krtsanisi küçəsində yerləşən qardaş şəhərlərə həsr olunan bağ 2018-ci ilin oktyabrında açılıb. Bakı və Tbilisi arasında qardaşlaşma haqqında memorandum 2021-ci ilin iyul ayında imzalanıb. Bakı Gürcüstan paytaxtının 21-ci qardaş şəhəridir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər