Batumi-Tbilisi qatarı tərəfindən vurulan kuryer həlak olub
Batumi-Tbilisi qatarı Tbilisi dəmir yolu vağzalında “Glovo” kuryerini vurub. Qəza nəticəsində kuryer az sonra dünyasını dəyişib.

Təcili Koordinasiya və Təcili Yardım Mərkəzinin mətbuat xidmətindən Netgazet-ə verilən məlumata görə, kuryer ağır xəsarətlərlə Helsikor klinikasına aparılıb.

Klinikadan verilən məlumata görə, xəsarət alan şəxsin həyatı üçün uyğun olmayan xəsarətləri olub və qısa müddət sonra dünyasını dəyişib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google