Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 2 avqust tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 10:30-dan 19:00-a kimi Marneuli rayonunun Qasımlı, Araflı, Ulaşlı, Quşçu, Beytarabçı, Axlımahmudlu, Baytalı, Seyidqocalı, Yenikənd və ətraf kəndlərində elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google