Algetinin küçələrindən birinə Abxaziya müharibəsində həlak olmuş Ənvər Hümbətovun adı veriləcək
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Abxaziya müharibəsində həlak olmuş Ənvər Hümbətovun adının Marneuli küçələrindən birinə verilməsi barədə yaradılmış petisiyanın müəllifinə 7 aydan sonra cavab verib.

Mülki fəal Samirə Bayramovanın təşəbbüsü ilə 1300 nəfərin imzaladığı petisiya Ənvər Hümbətovun ailə üzvləri ilə birlikdə, 2021-ci ilin 19 dekabrında Marneuli meriyasına təqdim olunub. Bayramovanın sözlərinə görə, petisiya ilə Marneuli meriyasından üç məsələnin həllini tələb edirlər.

“Petisiyaya görə, yerli əhalinin əsas tələbi Marneulidəki 9 aprel və Abxaziya müharibə qəhrəmanlarının memorialına Ənvər Hümbətovun ad və soyadının əlavə edilməsi idi. Çünki onun adı həmin memorialda yoxdur. İkinci tələb budur ki, Marneuli şəhərində küçələrdən birinə bu adamın adı verilsin, üçüncü tələb Ənvər Hümbətovun kiçik memorialının düzəldilməsidir. Petisiyanı verdikdən sonra 7 ay vaxt keçib. Müxtəlif qurumlarla danışdım, ancaq hələ də cavab almamışıq. Dedilər ki, mütləq cavab olacaq, amma ondan sonra kifayət qədər vaxt ötüb. Sonuncu dəfə ötən həftə yenə zəng vurdum və Bələdiyyə Məclisi Aparatından zəng gözləyirdim. Əvvəl dedilər aralıq cavabı göndəriblər, amma məlum oldu k I, belə deyilmiş. Mən də meriyadan cavab almamışam. Tez-tez zəng vururam və 7 ay ərzində nə etdikləri ilə bağlı cavab almamışam.”

“Marneuli” radiosu Samirə Bayramovadan 1 avqust tarixində müsahibə alıb. Rəsmi cavab isə bu gün, 3 avqustda verilib. Meriyanın Bayramovaya yazdığı rəsmi məktuba gör, Algeti kəndində ad vermə prosesində küçələrdən birinə Ənvər Hümbətovun adı veriləcək.

“Xatırladaq ki, “vətəni qorumaq üçün həlak olanların və müharibədən sonra dünyasını dəyişimiş döyüşçülərin xatirəsinin ölməzliyi haqqında” Gürcüsyan qanununa əsasən, döyüşçülərin xatirəsinin ölməzliyinin formalarından biri vətəni qoruyarkən həlak olmuş döyüşçünün adının küçəyə verilməsidir. Müvafiq olaraq, Algeti kəndində ad vermə prosesində küçələrin birinə Ənvər Hümbətovun adı veriləcək.”

Marneuli meriyasının Samirə Bayramovaya yazdğı rəmsi məktubda Marneulidə yerləşən Gürcüstan müstəqilliyi uğrunda həlak olanların memorialında Ənvər Hümbətovun adının niyə olmaması açıqlanıb.

“Marneuli şəhərində yerləşən Gürcüsan müstəqilliyi uğrunda həlak olanların memorialında yalnız Marneuli hərbi komissarlığı tərəfindən çağırılmış adamların ad və soyadı var. Bizə verilmiş məktubla yanaşı müharibə araşdırması da var və orada qeyd olunub ki, 1950-ci il təvəllüdlü Hümbətov Ənvər Oruc oğlu Marneuli hərbi komissarlığında qeydiyyatda olmayıb və komissarlıqda onun haqqında məumat tapılmır. Çünki onun çağırışı Marneuli hərbi komissarlığından olmayıb. Ənvər Hümbətov Rustavi şəhərində yaşayıb xidmət göstərirmiş. Müvafiq olaraq, yaşadığı yerə əsasən, Rustavi hərbi komissarlığında hərbi qeydiyyatda olacaqdı”, - Marneuli meriyasının rəsmi məktubunda deyilir.

Samirə Bayramovanın sözlərinə görə, Ənvər Hübətov Rustavidə məktəbi bitiribmiş və buna görə də o, Rustavi meriyasına da müraciət edib. Məktəbdə memorial lövhə düzəldilməsini və orada Gürcüstan qəhrəmanının bu məktəbin məzunu olduğunun qeyd olunmasını tələb edib. Bayramoanın sözlərinə əsasən, Rustavi meriyasından vəd veriblər ki, məsələ ilə bağlı xüsusi qrup işləyəcək və tələblə bağlı qərar qəbul edəcəklər.

Print Email
FaceBook Twitter Google