Xroniki və onkoloji xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin qiymətlərinə yuxarı hədd qoyulacaq
Xroniki və onkoloji xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin qiymətlərinə yuxarı hədd qoyulacaq.

Səhiyyə nazirinin müavini İlia Quduşaurinin İnterpressnews-a verdiyi məlumata görə, istinad qiymət proqramının metodologiyası üzərində iş artıq aparılır və proses avqustun sonunda başa çatacaq.

Onun izahatına görə, konkret generik satmağa qərar verən hər hansı şirkət müəyyən edilmiş tarifdən yüksək qiymət təyin etməməyə borclu olacaq.

“Biz istinad qiymət proqramının metodologiyası üzərində işləyirik. Düşünürük ki, bu ayın sonuna kimi qeyd olunan istiqamətdə işləri yekunlaşdıracağıq. Sonra texniki işə keçəcəyik. Düşünürük ki, 2023-cü il yanvarın 1-dən bəzi dərman vasitələri üçün istinad qiymətləri qüvvəyə minəcək. Birinci mərhələdə xroniki və onkoloji xəstəliklərin müalicəsi üçün dərman vasitələrinə qiymətlərin yuxarı həddi müəyyən ediləcək.

Ümumiyyətlə, istinad qiymət siyasəti müəyyən generiklər üçün, yəni bu aktiv maddəyə aid olan bütün dərmanlar siyahısı üçün maksimum qiymətin müəyyən edilməsi deməkdir. Müvafiq olaraq, hər hansı bir şirkət, aptek və ya distribyutor bu tənzimləmənin əhatə dairəsinə daxil olan dərmanlar üçün müəyyən bir qiymətdən yüksək bir məbləğ təyin etməmək məcburiyyətində qalacaq",
- deyə Quduşauri qeyd edib.

Mənbə: İnterPressNews
Print