Yanvar-iyun aylarında Rusiyadan Gürcüstana 247 min ziyarətçi gəlib
Yanvar-iyun aylarında Rusiyadan Gürcüstana 247 min ziyarətçi gəlib. Bu barədə məlumatı “Transparency International - Georgia” yayıb.

Daha dəqiq desək, təşkilatın araşdırmasına görə, 2022-ci ildə Rusiyadan gələn ziyarətçilərin artım tempi xeyli sürətlənib və yanvar-iyun aylarında 247 min ziyarətçi gəlib. Bununla belə, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı hələ də 3 dəfə azdır.

2022-ci ilin yanvar-iyun aylarında Gürcüstana gələnlərin ümumi sayında rusiyalı ziyarətçilərin payı 15,2% təşkil edib ki, bu da 2018-2019-cu illərlə müqayisədə azdır.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google