İstehlak kreditlərinin ödəmə müddəti dəyişir - yeni qayda nə vaxt qüvvəyə minəcək
Milli Bankın qərarına əsasən, istehlak kreditlərinin müddətləri dəyişir. Bu barədə Milli Bankın prezidenti Koba Qvenetadze mətbuat konfransında bildirib.

“Biz dövlət kreditləşməsini yavaşlatmaq üçün makroprudensial alətlərdən istifadə etmək qərarına gəldik. Daha dəqiq desək, bu alət istehlak kreditlərinin maksimum müddətini 4 ildən 3 ilə endirməkdir”
, - Qvenetadze bildirib.

Onun sözlərinə görə, sözügedən dəyişiklik avqustun 15-dən qüvvəyə minəcək və 1 il müddətində qüvvədə olacaq.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google