Bir ildə 19% artım - Gürcüstanda yaşayış müavinəti alanların sayı 660 mini ötüb
Bir il ərzində yaşayış müavinəti alanların sayı 19% artıb.

Sosial Xidmətlər Agentliyinin saytında dərc olunan statistik məlumatlara əsasən, 2022-ci ilin iyun ayında 661 061 nəfərə yaşayış müavinəti ödənilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105 404 nəfər çoxdur. 2021-ci ilin iyun ayında dövlət yardımına ümid edən 555 657 nəfər var idi.

Bundan başqa, son bir ildə özünü yoxsul hesab edən və maddi yardıma ehtiyacı olan şəxslərin sayı 69 456 nəfər artıb.

O cümlədən, 2021-ci ilin iyun ayında 1 milyon 54 min 567 nəfər ünvanlı sosial yardım proqramında qeydiyyatda idisə, 2022-ci ilin iyun ayında bu rəqəm 1 milyon 124 min 23 nəfərə yüksəlib. Burada artım 6,5% təşkil edir.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google