İstintaq xidməti tərəfindən gömrük sərhədindən xüsusilə külli
miqdarda qiymətli metalların keçirilməsi ilə bağlı qayda pozuntusu
aşkar edilib.
Xüsusilə külli miqdarda qiymətli metal qırıntılarının gömrük
qaydalarını pozaraq Gürcüstanın gömrük sərhədinə aparılması faktı
aşkarlanıb.
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə,
araşdırma zamanı müəyyən edilib ki, Ermənistan Respublikası
vətəndaşı gömrük dəyəri 133 351,74 lari olan 871,53 qram qızıl
qırıntılarını gizli şəkildə Gürcüstandan Türkiyə Respublikasına
"Kartsaxi" keçid məntəqəsi vasitəsilə gömrük nəzarətindən keçirməyə
cəhd edib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək azadlıqdan
məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin 2-ci hissəsi ilə
aparılır.