“Rusiya şirkətləri Gürcüstana köçür - hər biri özü ilə 200-300 işçisini də gətirir” - RENTALS.GE
Əmlak agentlikləri iddia edirlər ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyada yerləşən beynəlxalq şirkətlər Gürcüstana köçməyə başlayıb.


RENTALS.GE-nin idarəedici partnyorunun dediyi kimi, bunlar ən azı 200-300 işçini Gürcüstana köçürən şirkətlərdir. Digər tərəfdən işçilər ailələri ilə birlikdə Gürcüstana köçürlər.

“Belə insanlarla işləməmək bizim fərdi qərarımızdır. Halbuki bizdə belə məlumat var ki, şirkətlər bura gəlir, açılır, qeydiyyatdan keçir. Mən vurğulamaq istəyirəm ki, bunlar Rusiya şirkətləri deyil, Gürcüstana köçən beynəlxalq şirkətlərdir.

Aydındır ki, bu şirkətlərlə birlikdə çoxlu sayda Rusiya vətəndaşı ailələri ilə birlikdə Gürcüstan və Tbilisiyə gələcək. Hər şirkətlə birlikdə 200-300 ailə gələ bilər”, - deyə RENTALS.GE-nin idarəedici tərəfdaşı Zurab Eristavi bildirib.

Məlumat üçün bildirək ki, “International Transparency Georgia” təşkilatının məlumatına görə, təkcə bu ilin mart-iyun aylarında Gürcüstanda 6400-ə yaxın Rusiya şirkəti qeydiyyatdan keçib ki, bu da 2021-ci ilin göstəricisindən 7 dəfə çoxdur.
Mənbə: BM
Print