Marneulidə son 5 gündə koronavirusa 27 yoluxma qeydə alınıb
Marneuli bələdiyyəsi miqyasında son 5 gündə koronavirusa 27 yoluxma qeydə alınıb.

Statistikanı yerli Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze təqdim etdi və bildirdi ki, yoluxma halları artıb, ancaq say çox deyil. Laperadzenin sözlərinə görə, virusa yoluxan heç bir xəstədə ağırlaşma halları qeydə alınmayıb.

Ölkə miqyasında son 24 saat ərzində koronavirusa 51 yoluxma qeydə alınıb. 94 nəfər sağalıb, 1 xəstə isə dünyasını dəyişib.

Print Email
FaceBook Twitter Google