Marneuli bələdiyyəsinin yerli özünüidarəsi çoxmərtəbəli yaşayış
binasının eyvanlarının uçması nəticəsində zərərçəkmiş ailələrin
sığınacaqla təmin edilməsi
üçün üçüncü sadələşdirilmiş müqavilə bağlayıb və 32 400 lari
ödəyib.
Meriya Nərimanov küçəsi 1 ünvanında yerləşən yaşayış korpusunda
yaşayan 24 vətəndaşın təhlükəsiz yaşayış məkanı ilə təmin edilməsi
üçün üçüncü dəfə pul ayırıb və “Qafqaz” mehmanxanası ilə təcili
surətdə müqavilə bağlayıb.
“Cari ilin 2 aqvust tarixində Marneuli şəhər inzibati
vahidliyində merin nümayəndəsi Elçin Cəfərli meriyaya yazılı
müraciət edib. Müraciətdə qeyd edilib ki, əvvəlcədən hesablanmış
təxmini xidmət dövrü başa çatıb, xidmət göstərilməsi isə 15 gün
müddətinə davam etdiriləcək. Xahiş edirik, Maliyyə-Büdcə Xidmərinə
qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək
tapşırığı verəsiniz”, – izahatnamədə yazılıb.
Sadələşdirilmiş tenderə görə, əhali yaşayış korpusunun dam
örtüyünün və eyvanların bərpasına qədər mehmanxanada qalmalı
olacaq. İndiki mərhələdə güman edilən tarix 15 gün müzakirə
olunur.
28 nəfər “Qafqaz” mehmanxanasına 1 iyul tarixində, 16 gün müddətinə
yerləşdirilmişdi. Meriya bunun üçün 40 000 lari ödəyib. Bələdiyyə
Mehmanxana xidməti üçün müqaviləni 17 iyuldan davam etdirib və 37
800 lari ödəyib.
26 iyunda Marneulinin Nərimanov küçəsi 1 ünvanında yerləşən yaşayış
binasında beşinci və dördüncü mərtəbənin eyvanı uçub. Eyvanların
uçması nəticəsində iki qadın dünyasını dəyişib.
Binanın vəziyyətini Levan Samxarauli adına Məhkəmə Ekspertizasının
Milli Bürosu araşdırıb. Onların nəticəsinə görə, binanın
bərkitmə-gücləndirmə işlərinə ehtiyacı var.
Meriya binanın dam örtüyü və eyvanların bərpasına lazım olan
layihə-büdcə sənədlərinin alınmasına görə 14 160 lari dəyərində
sadələşdirilmiş müqaviləni artıq həyata keçirib. Bərpa işlərinin
başlama tarixi hələ məlum deyil.