2008-ci il müharibəsi zamanı rus güllələri 224 nəfər mülki şəxs, 14
nəfər Daxili İşlər Nazirliyi əməkdaşı və 170 nəfər Müdafiə
Nazirliyi hərbçisinin – o cümlədən 22 zabit, 133 kapral və serjant,
10 ehtiyatda olan hərbçi, 3 könüllü və bir sıravi əsgərin həyatına
son qoydu.
Ən çox itki isə silahlı qüvvələrin IV piyada briqadası verdi.

Beşgünlük müharibə zamanı 2232 Gürcüstan vətəndaşı yaralandı,
bunlardan 1187 nəfər mülki şəxs, 1045 nəfər isə hərbçi idi. Ən çox
yaralı IV piyada briqadasında idi – 271 nəfər, II piyada
briqadasından 251, milli qvardiyadan isə 116 nəfər
yaralanmışdı.
Aviasiya üzrə kiçik serjant, bort-mexanik 20 yaşlı Qiorqi
Nanuaşvili 2008-ci il 8 avqustda Marneuli hərbi aerodromunun ruslar
tərəfindən bombalanması zamanı həlak oldu.

Avqust müharibəsi zamanı məcburi köçkünlərə 26 000 min nəfər
Gürcüstan vətəndaşı da əlavə olundu və nəticədə Gürcüstan
miqyasında məcburi köçkünlərin sayı təxminən 264 000 nəfərə
çatdı.
Gürcüstan mərkəzi hakimiyyəti Axalqori, Kornisi, Cava rayonları və
Tsxinvali şəhəri üzərində nəzarəti itirdi. Cənubi Osetiya Muxtar
Vilayətinin işğal olunmuş ərazisi 4 300 kvadrat kilometr təşkil
edir.

Rusiya Federasiyası ümumilikdə 13 000 kvadrat kilometr ərazini
işğal edib, bu ərazilərdə də 1015 kənd, qəsəbə və şəhər yerləşir.
“Sürünən ilhaq” taktikası nəticəsində işğal olunmuş ərazilərin
sahəsi ildən-ilə artır.
Bundan başqa, rəsmi Tbilisi Qaqra, Qudauta, Suxumi, Qulripşi,
Oçamçire və Qali rayonları, Kodori dərəsi və Suxumi şəhəri –
ümumilikdə 8700 kvadrat kilometr ərazidə hakimiyyəti itirib.